EN

Bir gün su içməsəniz nə olar?

Bədəninizin təxminən 60 faizi sudan ibarətdir. Bədən tərləmə, sidik ifrazı və hətta tənəffüs yolu ilə su itirir. Buna görə də bədənin ümumi sağlamlığını qorumaq üçün gündəlik su istehlakı vacibdir. Mütəxəssislər ümumiyyətlə hər gün 8-10 stəkan su içməli olduğunuzu vurğulayırlar. Ancaq susuz qalmadıqca su içməyənlərdənsinizsə və ya gün ərzində su içməyi unutmusunuzsa, sizə pis xəbərimiz var.

News24.az xəbər verir ki, hər kəsin suya ehtiyacı çəkisinə və həyatına görə dəyişir. Bəzi insanlar su istehlakını sudan başqa digər içkilər istehlak etməklə qarşılamağa çalışırlar. Ancaq su içməmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Gündəlik su ehtiyacının kifayət qədər ödənilməməsi böyrəklərdən dəriyə qədər bir çox problemə səbəb olur. Heç su içməmək ölümcül nəticələrə səbəb ola bilər. Bəs, bir gün ərzində az su içdiyiniz və ya içmədiyiniz zaman bədəninizdə nə baş verir?

1. Hüceyrələrin və orqanların işləməsi üçün su lazımdır. Su içmədiyiniz zaman hüceyrələr susuz qalır və metabolik fəaliyyətlər yavaşlayır.

2. Bədəndə su itkisi kifayət qədər oksigen və enerjinin beyinə daşınmasına mane olur. Bu, baş ağrılarına, konsentrasiyanın azalmasına və yorğunluğa səbəb olur.

3. Həzm sisteminin sağlam olması və maddələr mübadiləsinin düzgün işləməsi üçün su içmək lazımdır. Su çatışmazlığı mədə və bağırsaqların düzgün işləməsinə mane olur. Qəbizlik və həzmsizlik kimi problemlər yarana bilər.

4. Dəriniz qurudursa və qabıqlanma probleminiz varsa, bunun səbəbi bədəninizin susuz qalması ola bilər. Bədəndə kifayət qədər su qəbul edilməməsi dəridə quruluq və elastikliyin itirilməsinə səbəb olur. Bu, erkən yaşlanma əlamətlərini artıra bilər.

5. Böyrəklər bədəndə filtr rolunu oynayır və böyrəklərin müntəzəm işləməsi üçün suya ehtiyacınız var. Böyrəklər bədəndən tullantıların və toksinlərin çıxarılmasını təmin edir. Əgər kifayət qədər su içməsələr, vəzifələrini yerinə yetirə bilməzlər və uzun müddətdə böyrək daşları və ya digər ciddi pozğunluqlar yarana bilər.

6. Bir gün su içməsəniz və ya orqanizminizin su ehtiyacını çay, qəhvə kimi içkilərlə qarşılasanız, bu, sağlamlığınız üçün riskli ola bilər. Sağlam həyat üçün böyüklərə gündə ən azı 2-2,5 litr su içmək tövsiyə olunur. Unutmayın, vücudunuzun suya ehtiyacı var və bu ehtiyacın ödənilməməsi sağlamlığınızı ciddi şəkildə riskə ata bilər.

7. Bədənin əsas ehtiyacı olan suyun kifayət qədər istehlak edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, su qıtlığı qısa müddətdə yorğunluq, baş ağrısı, diqqəti cəmləmə kimi problemlər yaratsa da, uzun müddətdə daha ciddi xəstəliklərə səbəb olur.

Su içməməyin səbəb ola biləcəyi bəzi sağlamlıq problemləri:

  • Yetərsiz su istehlakı böyrəklərin toksinləri adekvat şəkildə xaric etməməsinə, böyrək daşlarının əmələ gəlməsini sürətləndirə bilər. Uzun müddətdə böyrək çatışmazlığı riski artır.
  • Həzm sisteminin düzgün işləməsi üçün su lazımdır. Yetərsiz su, həzmi ləngidir və qəbizliyə səbəb olur.
  • Su qan dövranı üçün vacibdir. Yetərsiz su istehlakı qan qalınlaşmasına və qan təzyiqinin artmasına səbəb ola bilər.
  • Oynaqlarda maye səviyyəsinin azalması hərəkətliliyi məhdudlaşdıra və oynaq ağrısına səbəb ola bilər. Bundan əlavə, əzələ krampları və zəiflik baş verə bilər.

Sağlam həyat üçün su istehlakına fikir verin və su içmək üçün susamağınızı gözləməyin.

Günel Məlikzadə


Chosen
31
43
news24.az

10Sources