Türkiyə Suriyadakı siyasətinin üç əsas istiqamətini müəyyən edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Nəşr qeyd edib ki, Ankaranın prioritetləri arasında keçid prosesinin düzgün işləməsi və yeni Suriyanın qurulmasıdır.
Vurğulanıb ki, Türkiyə hökuməti də ölkədə sayı 2 milyon 938 min olan suriyalı qaçqınların geri qayıtmasında maraqlıdır.
O da bildirilib ki, Türkiyənin Suriyadakı prioriteti kürd qüvvələrinə qarşı mübarizə olacaq.