EN

Azərbaycan gimnastı Danimarkada fərqləndi

Tamblinq üzrə gimnastımız Tofiq Əliyev 7 dekabr tarixində Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq yarışda qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“FaceOFF” 2014-cü ildən etibarən dünya gimnastikasının ən parlaq ulduzlarını bir araya gətirən prestijli yarışdır. Bu yarış fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparır, bu da tamaşaçılar üçün möhtəşəm idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.

Hər il müxtəlif ölkələrdən yüzlərlə idmançını bir araya gətirən bu yarış ancaq ən yaxşıların qələbə qazanmaq şansı olduğu yüksək rəqabət mühiti yaradır.

Chosen
19
5
futbolpress.az

10Sources