EN

Türkiyə keçid dövründə Suriyaya dəstək verməyə hazırdır - Hakan Fidan

Türkiyə keçid dövründə Suriyaya dəstək verməyə hazırdır - Hakan Fidan

Türkiyə keçid dövründə Suriyaya dəstək verməyə hazırdır. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada respublikanın xaricdəki səfirlərinin illik konfransının açılışında deyib. “Suriyada yeni dövr başlayıb. İndi biz geriyə baxmamalı, gələcəyə fokuslanmalıyıq. Yeni dövrdə biz Suriyanı müxtəlif etnik və dini qrupların inklüziv idarəetmə yanaşması ilə sülh şəraitində yaşadığı bir ölkə kimi görmək istəyirik. Qonşuları ilə yaxşı münasibətlər quracaq, bölgəmizə sülh və sabitlik qatacaq yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Suriya xalqının da bu qızıl fürsətdən yararlanacağına inanırıq”, - deyə Fidan bildirib.

Chosen
21
afn.az

1Sources