EN

Aynur Dadaşova: ""Həyat yoldaşımın başqa qadınla danışığını eşitdim"

"8 ildir ayrılmışam. Həyatımda sevgi yoxdur. Marağım, həvəsim yoxdur. Çox işləyirəm, ora-bura qaçıram. 18 ilin səbri böyükdür. Hər bir qadın istəyər ki, həyatında güclü kişi olsun".

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Həftənin qonağı" verilişində deyib.

İfaçı həyat yoldaşının xəyanətindən danışıb:

"Çox yaxşı insan olub. Dedim ki, tikanlı gül olub ortada qalmaq istəmirəm. Kənara çəkilsəm yaxşıdır, bütün günü qanqaraçılıq salmayıb. Başqa xanımla illərdir münasibəti varsa, deməli səni sevmir. Çəkildim kənara ki, xoşbəxt yaşasın. Mən öyrənəndə artıq 4 il idi. Qəfildən bildim. Hər şeyi qulağımla eşitdim, danışıqları dinlədim və məni sudurqa tutudu. Mənimlə telefonla danışandan sonra telefonu bağlamayıb, başqa telefonla onunla danışırdı. Mən də hər şeyə qulaq asdım. O bilmirdi telefon açıq qalıb... Heç nə demədim, telefonu bağladım və gördüm, məni sudurqa tutur. Dedim ki, ayrılaq. Əziyyət çəkdim, amma dedim, get xoşbəxt ol.

İndi onunla bağlı heç nə demirəm. Övladları ilə görüşür, mən isə onu görmək istəmirəm. Maraqlı da deyil. Heç təsadüfən üz-üzə gəlməyi də arzulamıram".

Chosen
12
4
kulis.az

10Sources