EN

Zelenskidən müharibənin dayandırılması ilə bağlı yeni TƏKLİF

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə ortaq mövqe nümayiş etdirəcək bir neçə Avropa ölkəsindən ibarət yeni Təmas Qrupunun yaradılması təklif edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kanslerliyinə namizəd Fridrix Merts Kiyevdə danışıqlardan əvvəl bildiriblər.

Merts Avropa ölkələrinin Ukraynada fərdi sülh təşəbbüslərinə qarşı çıxıb. Onun sözlərinə görə, Avropa ölkələri müharibənin dayandırılması məsələsində ortaq mövqeyə malik olmalıdırlar.

“Bu, təkcə Aİ-yə aid deyil. Mənim təklifim var ki, Almaniya, Fransa, Polşa, Böyük Britaniya - Avropanın dörd böyük ölkəsindən və NATO-dan ibarət Təmas Qrupu yaradılsın. Onlar fikir mübadiləsi aparsınlar və beləliklə, ABŞ ilə birgə proses inkişaf etsin”, - deyə Merts əlavə edib.

Volodimir Zelenski belə bir təşəbbüsü dəstəklədiyini vurğulayıb. Dövlət başçısı bu qrupa Danimarkanın da əlavə edilməsi təklifini səsləndirib.

Xatırladaq ki, Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq məsələsi daha çox müzakirə olunmağa başlayıb./Modern.az/

Chosen
15
43
turkustan.az

10Sources