EN

Onlar da çətin vəziyyətdə Putindən kömək istəyiblər

Suriyada baş verən münaqişə dünya gündəmin zəbt edib.

Olaylar xəbər verir ki, müzakirə olunan məsələlərdən biri də Bəşər Əsədin Rusiyadan sığınacaq almasıdır.Amma bu kimi hadisə tarixdə ilk belə hadisə deyil.

2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki etirazları yatırmaq üçün Rusiyadan hərbi yardım istəmiş və KTMT çərçivəsində qoşun göndərilmişdi.

Belarus prezidenti Aleksandr Lukaşenko isə 2020-ci ildəki etirazlardan sonra hakimiyyətini qorumaq üçün Rusiyadan hərbi və siyasi dəstək alıb. Hətta 2024-cü ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putinə sadiqliyini ifadə edərək, ölkəsində ballistik raketlərin saxlanılmasını təklif edib.

Digər bir nümunə isə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçdir. 2014-cü ildəki "Avromaydan" etirazları zamanı hakimiyyətdən devrilən Yanukoviç Rusiyaya qaçaraq orada sığınacaq alıb və Rusiyanın dəstəklədiyi separatçıların simvoluna çevrilib.

Bu hadisələr göstərir ki, dünya liderləri çətin vəziyyətlərdə Rusiyaya kömək üçün üz tuturlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
1
olaylar.az

2Sources