“Time” jurnalı "2024-cü ilin adamı" adına namizədlərin qısa siyahısını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, siyahıya ABŞ-nin vitse-prezidenti Kamala Harris, Uels şahzadəsi Keyt Middlton, iş adamı İlon Mask, Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya, İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel, podkaster Co Roqan, Meksika Prezidenti Klaudiya Şeynbaum, ABŞ Prezidenti Donald Trampı, “Meta”-nın baş direktoru Mark Zukerberqi daxildir.
“Time” jurnalı İlon Maska həsr etdiyi annotasiyada iş adamını 2024-cü ildə “siyasət dünyasına qədəm qoyan” “dünyanın ən zəngin adamı” adlandırıb.
“Time”-ın yazdığı kimi, Benyamin Netanyahu “bu ilin ən güclü və mübahisəli dünya liderlərindən biridir”. Yuliya Navalnaya “Rusiya müxalifətinin birinci xanımı”, Donald Tramp isə “günahkar hesab edilən ilk seçilmiş president”dir”.
“Time” dekabrın 12-də “İlin Adamı”nı elan edəcək.
Xəzər
“Cebheinfo.az”