Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişikliklər üçüncü oxunuşa təqdim edilib.
Musavat.com bildirir ki, layihəyə əsasən, xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.
Bildirilir ki, xidməti uyğunsuzluğa görə - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa - buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.
Sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.
E.Paşasoy,
Musavat.com