EN

Gündə 300-350 suriyalı Türkiyəni tərk edir

2024-cü ildə orta hesabla ayda təxminən 11 min suriyalının Türkiyədən geri qayıtması qeydə alınıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda bu say gündə 300-350 nəfər təşkil edir: “Bu rəqəm 1,5-2 dəfə artıb. Sərhəd-keçid məntəqələrimizdə gündəlik keçid imkanımız 3 min civarında idi. Lakin keçidlərin sayı arta biləcəyi üçün biz keçid məntəqələrindəki keçid limitini 15-20 minə qədər artırdıq”.

Chosen
17
7
apa.az

8Sources