Yevlax rayonundan olan 103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, 1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdulla Hacı oğlu Abdullayev 1941-1945-ci illərdə sovet qoşunlarının tərkibində döyüşüb.
Müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayan Abdulla Abdullayev 103 yaşında vəfat edib./ "Unikal"
Milli.Az