Dicey Roshka (əsl adı – Rövşən Həsənov) dələduzluqla qarşılaşıb.
OLAY yazır ki, bu haqda musiqiçi özü məlumat yayıb.
Roşka onun adından və şəklindən istifadə edən naməlum şəxsin “what`s app” yazışma platforması üzərindən tanışlarına yazaraq pul istəməsinin “sceen” fotolarını paylaşıb.
“SOS... Dostlar kimsə adımdan sizə yazıb pul istəsə göndərməyin” , - deyə Roshka vurğulayıb.
Qeyd edək ki, eyni halla rəqqasə Rəna Ağamuradova da üzləşib.