EN

İranlı deputat Bəşər Əsədin ölkəyə olan böyük borcundan danışdı: "Necə ödəyəcək?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran parlamentinin keçmiş deputatı Bəhram Parsayi Suriyadan qaçan Prezident Bəşər Əsədin İrana borclu olduğunu bildirib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə deputat özünün "X" hesabında paylaşım edib.
"Mən parlamentdə olduğum müddətdə Suriya və Bəşər Əsədin İrana 30 milyard dollar borcu yarandı və parlament tərəfindən qəbul edilmədi ki, bu da ölkə konstitusiyasının 80-ci maddəsinə ziddir. Bu qədər böyük məbləğin aqibəti necə olacaq?" - deyə Bəhram Parsayi paylaşımda bildirib.
Chosen
16
50
oxu.az

10Sources