EN

Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

“İki sahil” xəbər verir ki, imtahanlarda 500-dən çox cüdoçu müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Chosen
12
12
ikisahil.az

10Sources