EN

10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür

10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür.

 

Sfera.az xəbər verir ki, bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.

 

Belə ki, 1950-ci il dekabrın 4-də keçirilən plenar iclasda BMT Baş Assambleyası BMT-nin bütün üzv dövlətlərini və hər hansı digər maraqlı təşkilatları 10 dekabr 1948-ci ildə ÜİHB-nin elan edilməsini illik bir tədbirlə qeyd etməyə dəvət edən (423 [V]) qətnamə qəbul etdi. Bəyannamə Baş Assambleyada 48 dövlətin lehinə və səkkiz dövlətin bitərəf səsi ilə qəbul edildi.

 

Hər il insan hüquqlarının müdafiəsinin müəyyən bir tərəfinə diqqəti cəlb etmək üçün xüsusi bir mövzu seçilir. 2022-ci il İnsan Hüquqları Gününün mövzusu “Ləyaqət, Azadlıq və Hamı üçün Ədalət” adlanır.

 

Dövlətlər müxtəlif insan hüquqları standartlarını müzakirə etmək və müəyyən etmək üçün Birləşmiş Millətlər Təşkilatında bir araya gəlirlər. Məsələn, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bizim bütün insan hüquqlarımızın əsasını müəyyən edir –  o vaxtdan bəri qüvvədə olan bütün beynəlxalq insan hüquqları qanunları və müqavilələri üçün əsas yaradır. İnsan hüquqlarını kimin müdafiə etməsi ilə bağlı məsuliyyət müxtəlif orqanlar üzərində cəmləşib.

 

Bunlara daxildir: Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi, Avropa İnsan Hüquqları Məhkəməsi, “Amnesty İnternational” , “Human Rights Watch” və digər agentliklər və təşkilatlar.

 

Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.

 

Bu gün də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi müntəzəm olaraq mədəni tədbirlər, ictimai görüşlər, seminarlar və insan hüquqlarının təşviqi ilə bağlı digər maarifləndirici fəaliyyətlərin həyata keçirilməsində böyük rol oynayır. Bundan əlavə, ənənəvi olaraq dekabrın 10-da İnsan Hüquqları sahəsində BMT-nin beş illik mükafatı və Nobel Sülh Mükafatı təqdim olunur. Həmçinin İnsan hüquqları sahəsində fəaliyyət göstərən bir çox hökumət və qeyri-hökumət təşkilatları, bir çox vətəndaş və ictimai təşkilatlar kimi, günü qeyd etmək üçün xüsusi tədbirlər planlaşdırırlar.

 

Ölkəmizdə də İnsan Hüquqları günü yüksək səviyyədə konfranslar və görüşlər, həm də insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur. Əlavə olaraq, 18 iyun da Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib.

 

Bu hadisə özü də onu göstərir ki, ölkəmizdə insan hüquqları dövlət tərəfindən qorunur və xüsusi diqqət edilir.


Dеmоkrаtik inkişаf yоlu sеçmiş Аzərbаycаn Rеspublikаsındа insаn və vətəndаş hüquq və аzаdlıqlаrının müdаfiəsinin rеаl təminаtı üçün zəruri qаnunvеricilik bаzаsı yаrаdılıb.1998-ci ilin 22 fеvrаlındа “İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа” Fərmаn imzаlаnmış, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı səhih şəkildə müəyyən оlunub.

 

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub.

 

Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi. 2001-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb.

 

Həmçinin 24 dekabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”  Konstitusiya Qanunu qəbul edilib.

 

Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа qоşulmаqlа bu Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilib. Həmçinin Аzərbаycаn Rеspublikаsı insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş “İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı” Kоnvеnsiyаyа qоşulub.

 

Firuzə Əliyeva

Chosen
34
sfera.az

1Sources