EN

"Turan Tovuz"un əməliyyat olunan futbolçusu müalicəsini ev şəraitində davam etdirəcək

"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi müalicəsini ev şəraitində davam etdirəcək.

Qərb təmsilçisindən "Report"a verilən məlumata görə, moldovalı futbolçu bu gün əməliyyat olunduğu özəl klinikadan evə buraxılacaq.

Onun məşqlərə nə vaxt başlayacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.


Chosen
11
2
azia.az

3Sources