EN

Əsəd rejiminin daxilindən sensasion açıqlamalar: Komandirlərin edamı, 135 milyard dollarlıq qaçış

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Suriya rejimi Hələb alınan günü çökdü".
Oxu.Az-ın "Türkiye Gazetesi"nə istinadla verdiyi məlumata görə, bu barədə Bəşər Əsəd hakimiyyətində kəşfiyyat zabiti olmuş Xalid Bəyyə bildirib.
O, böyük məğlubiyyətin əvvəlindən və sonrasından danışıb.
Bəyyə Əsədin 135 milyard dolları Rusiyaya qaçırdığını bildirib.
"Son məğlubiyyətdən əvvəl çox böyük hesablaşma oldu. Rusiya tərəfdarı komandirlərlə İranı dəstəkləyən komanda rəhbərliyi arasında böyük gərginlik yaşandı. Hələb komandiri general Məhəmməd Səfədli və rusiyayönlü general Süheyl Həsən arasında ilk mübahisə düşdü. Beləliklə, hərbi kəşfiyyat və ordu arasında məlumat axını dayandı. Hələb Suriya ordusunun nəzarətindən çıxan gün başlayan məğlubiyyət müxalifləri Dəməşqə gətirdi", - deyə mayor bildirib.
Bəyyə yaşanan prosesdə komanda rəhbərliyindən 273 yüksəksəviyyəli komandirin də Əsəd hökuməti tərəfindən edam edildiyini vurğulayıb.
Chosen
35
50
oxu.az

10Sources