EN

Alimlər diabetli insanlarda şəkər artımının qarşısını almağın yolunu tapıblar

Avstraliya Katolik Universitetinin alimləri müəyyən ediblər ki, erkən (səhər yeddisi) və ya gec (günorta) səhər yeməyi yemək və yeməkdən sonra gəzmək 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsini sabitləşdirməyə kömək edir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Diabetes and Metabolic Syndrome: Clinical Research and Reviews (DMCRR) jurnalında dərc olunub. Tədqiqatda diabetli 11 yetkin könüllü iştirak edib. İştirakçılardan səhər yeməyindən 30-60 dəqiqə sonra 20 dəqiqəlik sürətli gəzintiyə çıxmaları və gündəlik qida qəbulunu və yuxu vərdişlərini mobil proqram və ya əl ilə yazılmış gündəlikdən istifadə edərək qeyd etmələri istənilib. Qlükoza səviyyəsini və fəaliyyətini izləmək üçün davamlı qlükoza monitorları (CGMs) və fəaliyyət monitorlarından istifadə edilib.

Alimlər 09:30 və 12:00-da istehlak edilən səhər yeməyinin, 07:00-da qəbul edilən ilk yeməkdən daha çox postprandial qlikemiyanın qarşısını aldığını müəyyən ediblər. Postprandial hiperqlikemiya, yeməkdən iki saat sonra qan şəkərinin səviyyəsinin 7,8 mmol/l-dən çox sürətli və əhəmiyyətli artmasıdır. O, oksidləşdirici stress və ürək-damar xəstəlikləri (CVD) üçün risk faktoru ilə sıx bağlıdır. Araşdırma həmçinin müəyyən edib ki, səhər yeməyindən sonra 20 dəqiqəlik gəzinti 07:00 və ya 12:00-da yemək yeyən xəstələrdə qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir (müvafiq olaraq 0,35 və 0,37 azalma). Ancaq saat 09:30-da yemək yeyənlərə gəzinti ciddi təsir göstərməyib.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
10
1
editor.az

10Sources