İstanbulun “Beylikdüzü Adnan Qahvəci” məhəlləsində güclü partlayış baş verib.
İNFOAZ.WS Habertürk-ə istinadən xəbər verir ki, 14 mərtəbəli binanın zirzəmisində baş verən hadisənin təbii qaz sızmasından qaynaqlandığı ehtimal edilir.
Partlayış nəticəsində binanın komendantı həyatını itirib, üç nəfər isə yaralanıb. Hadisə binada ciddi dağıntılara səbəb olub.
Əraziyə cəlb olunmuş polis, yanğınsöndürmə və təcili yardım xidmətləri yanğın təhlükəsinin qarşısını almaq və yaralılara yardım göstərmək üçün fəaliyyətlərini davam etdirir.
İstanbul Valiliyinin açıqlamasına görə, yaralıların həyati təhlükəsi yoxdur.
Fatimə Məmmədova