ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ baş verib.
INFOAZ.WS TGRT Haber-ə istinadən bildirir ki, 5 noyabr tarixində Amerika Birləşmiş Ştatlarında 7.0 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Kaliforniya və Oreqon ştatlarında sunami xəbərdarlığı edilib. Zəlzələnin episentri Kaliforniya olaraq açıqlanıb və müvafiq qruplar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, Kaliforniyanın Humbolt bölgəsində baş verən zəlzələdən sonra Milli Hava Xidməti sunami xəbərdarlığı edib. Zəlzələnin episentri Kaliforniya sahillərindən 63 kilometr uzaqda yerləşir.
Həmçinin, zəlzələnin şiddəti anbaan qeydə alınıb.
Fatimə Məmmədova