EN

Hindistanda vitse-prezidentin impiçmenti tələb edilib

Hindistanın müxalifət partiyaları vitse-prezident Caqdip Dhankarı parlamentin yuxarı palatasının sədri vəzifəsində qərəzli olmaqda ittiham edərək onun impiçmenti təşəbbüsü ilə çıxış ediblər.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu, ölkə tarixində ilk belə addımdır.

Müxalifət partiyalarının onu vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər səsi olmadığı üçün bu addım simvolik xarakter daşıyır. Lakin C.Dhankar hakim Bharatiya Janata Partiyasından namizəd seçildiyi üçün bu addımın müxalifətlə Baş nazir Narendra Modinin hökuməti arasında onsuz da gərgin olan münasibətləri daha da korlayacağı gözlənilir.

Hindistan konstitusiyasına əsasən, vitse-prezident ölkədə ikinci ən yüksək vəzifəni tutur və eyni zamanda parlamentin yuxarı palatasının sədridir. Prezident vəzifəsində müvəqqəti vakansiya yarandığı təqdirdə o, dövlət başçısı vəzifəsini icra edir.

Chosen
13
5
azxeber.com

6Sources