EN

Aİ liderləri Suriyadakı vəziyyəti müzakirə edəcək


Avropa İttifaqının dövlət və hökumət başçıları dekabrın 19-da keçiriləcək ilin son sammitində Suriyada Bəşər Əsəd hakimiyyətinin bitməsindən sonra yaranmış vəziyyəti müzakirə edəcəklər.Bu barədə Avropa Şurasının Prezidenti Antoniu Koşta "X” sosial şəbəkəsində bildirib.

"Suriya Avropa Şurasının dekabrın 19-da keçiriləcək sammitində müzakirə mövzusu olacaq”, - o yazıb.

Koşta vəziyyəti qiymətləndirmək üçün Yaxın Şərqdəki liderlərlə bu mövzuda sıx əlaqə saxladığını bildirib.

"İnsan hüquqlarına hörmət və azlıqların müdafiəsi, eləcə də ölkənin ərazi bütövlüyü Aİ üçün əsasdır”, - o əlavə edib.


www.anews.az
Chosen
6
5
anews.az

6Sources