EN

Türkiyənin xarici işlər naziri İsraili Suriyanın ərazi bütövlüyünü təhdid etməkdə günahlandırdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın suverenliyini və ərazi bütövlüyünü təhdid etdiyini bildirib.

Xarici siyasət idarəsinin rəhbərinin sözləri Türkiyə parlamentinin iclasında 2025-ci il büdcəsinin parametrlərinin müzakirəsi zamanı səsləndirilib.

Cənab Fidan Türkiyənin Suriya xalqını dəstəkləyəcəyini vurğulayıb. O, ölkədə hakimiyyət dəyişikliyindən sonra Suriyada sabitliyə və bütün dini və etnik qrupların dinc yanaşı yaşamasına ümid etdiyini bildirib.
Silahlı müxalifət komandanlığının nümayəndəsi də bundan əvvəl demişdi ki, yeni hakimiyyət ölkə ərazisinin heç bir hissəsinin Dəməşqin nəzarətindən çıxmasına icazə verməyəcək. Onun sözlərinə görə, yeni hakimiyyət Suriyada yaşayan xristian, druz və kürdləri əmlaklarının və ibadət yerlərinin təhlükəsizliyinə əmin edib.

//Samir Qurbanov, Editor.az

Chosen
5
editor.az

1Sources