EN

Xalq artisti Tünzalə Ağayevadan əsrarəngiz ifa – FOTO/VİDEO 

Heydər Əliyev Sarayında Əməkdar artist Tahir İmanovun “50 il 50 obraz” adlı yubiley solo konserti baş tutub.

Doğru.az xəbər verir ki, sözügedən gecədə bir çox məşhur simalar iştirak edib. Onlardan biri də Xalq artisti Tünzalə Ağayeva olub.

Pop ulduz konsert proqramında “Ölülər 21-ci əsr” filminin musiqisini ifa edib.

Vətən haqqında balladanın musiqisi Xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri isə Əməkdar incəsənət xadimi Baba Vəziroğluya məxsusdur.

Xalq artistinin əsrarəngiz və duyğusal ifası dinləyicilərin ruhunu oxşayıb.

DOĞRU.AZ

image-img_5525

Chosen
15
10
dogru.az

10Sources