EN

Zurabişvili dövlət himayəsindən məhrum ola bilər

Gürcüstan hakimiyyəti dövlət başçısının ölkə konstitusiyasını pozması fonunda ölkə prezidenti Salome Zurabişvilini dövlət himayəsindən məhrum edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin hüquq məsələləri üzrə komitəsinin iclasında bildirilib.

Təşəbbüsün müəlliflərindən biri Tengiz Şarmanaşvili bildirib ki, dövlət konstitusiya məhkəməsinin Gürcüstan Konstitusiyasının pozulması ilə bağlı qərar çıxardığı şəxs üçün pul xərcləməyə və xüsusi şərait yaratmağa borclu deyil.

O əlavə edib ki, Gürcüstandakı mövcud şəraitdə və Zurabişvilinin qanun pozuntusu fonunda ölkə belə bir şəxsi qorumaq üçün xüsusi tədbirlər görməyə məcbur edilməməlidir.

Mina Mikayılova

Chosen
23
bakivaxti.az

1Sources