EN

Yaxın günlərdə meteor yağışı gözlənilir

Bakı. Trend:

Hər il dekabrın 4-20-də təkrarlanan Geminidlər meteor selininpiki dekabrın 13-dən 14-nə keçən gecə gözlənilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, meteor yağışı əsasən Şimal yarımkürəsində dahaaydın görünəcək, lakin Cənub yarımkürəsində də daha azintensivliklə izlənilə bilər. Selin ən intensiv dövrü saat 02:00-daolacaq, lakin müşahidələr bütün gecə boyu davam etdirilə bilər.

Vurğulanıb ki, meteor selini müşahidə etmək üçün işıqçirklənməsinin az olduğu, şəhərdən kənarda yerləşən açıq məkanlarseçilməlidir. Ayın işığı tam fazaya yaxın olması səbəbindənmüşahidələrə mane olacaq və bu, görünə biləcək meteorların sayınatəsir göstərə bilər.

Ay dekabrın 14-də saat 06:56-da batacaq, bu isə qaranlıq səmadameteorları izləmək üçün 30 dəqiqəlik imkan yaradacaq.

Chosen
6
44
az.trend.az

10Sources