AÇ-2026-nın əsas mərhələsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi və baş məşqçi Vitali Borisovun brifinqi təşkil olunacaq.
"Football-plus.az" xəbər verir ki, brifinq dekabrın 13-də, saat 11.45-də "Olimpik Star"da keçiriləcək. Daha sonra ilk 15 dəqiqəsi açıq məşq baş tutacaq.
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də, saat 20.00-da Bakı İdman Sarayında keçiriləcək.