EN

Mahir Cürətin son halı - Video

"Meyxananı gözdən salıblar".

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində meyxanaçı, qəzəlxan Mahir Cürət deyib.
Əvvəllər olduğu kimi toylara getmədiyini söyləyən M.Cürət meyxananın hazırkı vəziyyətindən gileylənib:
"Artıq meyxananın ləzzəti qalmayıb. İnsanlar mənə "Ay şair, niyə belə oldu? Siz aramla deyirdiniz, indi heç meyxanalara baxmırıq" deyirlər".
Uzun müddətdir xəstəlikdən əziyyət çəkən qəzəlxan bildirib ki, əvvəl vəziyyəti çox pis olub:
"Ayaqlarımın kəsilmə təhlükəsi var idi. Amma müalicədən sonra sağaldım, indi yaxşıyam. Ayda bir dəfə həkim yoxlanışına gedirəm. Yaradıcılığımla, sənətimlə məşğulam. Hər kəs məndən yeni kitab istəyir. İstəyirəm ki, kitabımı 1 000 tirajla çıxarım".
Mahir Cürət verilişdə kitabının nəşri üçün xeyriyyəçi insanlardan yardım istəyib:
"Əvvəlki kimi toylara getsəydim, bu işi özüm həll edərdim, amma yoxdur. Dəstək olanın da, olmayanın da canı sağ olsun".
Ətraflı süjetdə:

Chosen
8
4
yenilik.az

10Sources