EN

1 saatlıq telefon söhbəti: Makron İvanişviliyə nə deyib?

Fransa Prezidenti Emmanuel Makron hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefonla danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər Gürcüstandakı cari vəziyyəti müzakirə ediblər.

Makron ölkədəki vəziyyətin sabitləşməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.

Telefon danışığı təxminən bir saat davam edib. Tərəflər bir neçə gündən sonra yenidən əlaqə saxlamaq barədə razılığa gəliblər.


Telegram kanalımız
Chosen
7
32
yenisabah.az

10Sources