EN

Xəzərdə külək enerji layihələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycan ilə İsveç Xəzər dənizində külək enerji layihələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

“İki sahil” xəbər verir ki, müzakirə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ilə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson ilə görüşündə aparılıb.

Bildirilib ki, görüşdə İsveçin "Emtunga" şirkətinin nümayəndələri də iştirak edib:

Məlumata görə, görüşdə Xəzər dənizi və quruda külək enerjisi potensialı və həyata keçirilən layihələr, o cümlədən “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi” və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələri barədə məlumat verilib.

Hər iki ölkədə enerji sektorunda inkişaf prosesləri və "yaşıl enerji" keçidi təcrübəsi bölüşülüb".

Həmçinin Azərbaycanda keçirilmiş COP29-un enerji təşəbbüslərinə beynəlxalq dəstəyin enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi ilə bağlı hədəflərə töhfə verəcəyi qeyd olunub.

Chosen
1
2
ikisahil.az

3Sources