EN

"Xəzər Dəniz Gəmiçiliyi” sədrinin köməkçisi, Baş həkim Azər Xudiyev, Elektrik Şəbəkəsinin direktoru və... - Vəzifəli şəxslərin maliyyə oyunu

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir.

Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük “baş”lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.

Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb:

- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu;

- “Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası”nın baş həkimi Xudiyev Azər Mənaf oğlu;

- “Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza”sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu;

- “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu;

- “Xızı rayon Şorabad bələdiyyəsi”nin sədri İsmayılov Fazil Şükür oğlu;

- “Dəmiryolservis” MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu;

- “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu;

- “Bakı Xareoqrafiya Akademiyası”nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu.

Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

Chosen
5
42
mia.az

10Sources