EN

"Elfsborq"un baş məşqçisi: "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var"

"Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var.

"Report" xəbər verir ki, bunu İsveçin "Elfsborq" klubunun baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında "Qarabağ"a qarşı qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

32 yaşlı mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib:

"Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var. Şanlarımızı yüksək qiymətləndirirəm. Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki. bizim üçün uğurlu olacaq".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Chosen
44
15
sherg.az

10Sources