EN

Suriyada Hafiz Əsədin məzarı yandırılıb

Suriya silahlıları Qardaha şəhərində keçmiş prezident Bəşər Əsədin ailəsinin məzarını təhqir edərək atasının tabutunu yandırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Hafiz Əsədlə birlikdə həyat yoldaşı Anisa və böyük oğlu Basil də dəfn edilib.

Xatırladaq ki, Hafiz Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olub.

Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını elan edib. Eks-prezident özü ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb.

Chosen
7
nocomment.az

1Sources