EN

Almaniya Ukraynanı ona görə dəstəkləyir ki... - Şolts açıqladı

"Berlin Ukraynanı ona görə dəstəkləyir ki, münaqişə bitdikdən sonra respublikaya qoyulan investisiyalar Almaniyaya iqtisadi fayda gətirəcək".

Teleqraf.com xəbər verir ki, bunu Olaf Şolts Berlində Almaniya-Ukrayna iqtisadi forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Moskva və Kiyev arasında münaqişə başa çatdıqdan sonra Ukrayna son onilliklərdə Aİ-yə daxil olan ölkələrdə müşahidə olunan artım templərinə və inkişaf imkanlarına malik olacaq.

"Almaniya bir vaxtlar bu dövlətlərin “uğur hekayələri”ndə mühüm rol oynayıb və fayda əldə edib. Eyni şey Ukrayna məsələsində də olacağına ümid edirəm" - Şoltz deyib.


Müəllif: Arzu
Chosen
28
teleqraf.com

1Sources