EN

UEFA Çempionlar Liqası: “Barselona” və “Mançester Siti” qalib gəlib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VI tura yekun vurulub.

“Far.Az”un məlumatına görə, İspaniyanın “Barselona” komandası Almaniyada “Borussiya”nı 3:2 hesabı ilə yenib.

“Mançester Siti” (İngiltərə) İtaliyada “Yuventus”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərənin digər təmsilçisi “Arsenal” isə evdə Fransa “Monako”su ilə qarşılaşıb. Matç İngiltərə təmsilçisinin qalibiyyəti ilə yekunlaşıb – 3:0

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

VI tur

11 dekabr

21:45. “Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) – 3:1

21:45. “Lill” (Fransa) - “Şturm” (Avstriya) – 3:2

00:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) – 2:3

00:00. “Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) – 2:0

00:00. “Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0

00:00. “Arsenal” (İngiltərə) - “Monako” (Fransa) – 3:0

00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) – 2:1

00:00. “Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) – 4:2

00:00. “Ştutqart” (Almaniya) - “Yanq Boys” (İsveçrə) – 5:1

Qeyd edək ki, Liqa mərhələsində VII tura 2025-ci il yanvarın 21-də start veriləcək.

Chosen
16
15
far.az

10Sources