EN

Almaniyada uçuş üçün kostyum icad edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya sakini elektrik mühərriklərindən istifadə edərək uçuş üçün kostyumun ilk uğurlu sınaqlarını hazırlayıb və həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Bavariyalı Konstantin Landuris üç ildir ki, havaya qalxmağa imkan verən səkkiz elektrik propelleri olan kostyum üzərində işləyir. Sınaq zamanı o, bir neçə saniyə ərzində yerdən təxminən bir metr yüksəkliyə qalxıb.
Nəşr qeyd edir ki, Landuris interyer dizaynı sahəsində işləyir və texnoloji inkişaflarda peşəkar şəkildə iştirak etmir.
O, uçuş kostyumu üzərində işləyərkən internetdəki təlimatlardan istifadə edib və həmçinin təyyarə modellərini öyrənib. İxtiraçı hesab edir ki, bu kostyumun yaradılması təcili yardım xidmətləri üçün faydalı ola bilər.
Chosen
39
50
oxu.az

10Sources