EN

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

Hollivudun keçmiş ulduzu aktrisa Amanda Bayns Malibuda paparassilərin obyektivinə tuş gəlib.

Paralel.az Lent.az-a istinadən xəbər verir ki, 38 yaşlı aktrisanın görünüşü izləyiciləri təəccübləndirib.

Hazırda manikür ustası işləyən Amanda 2013-cü ildə psixi problemləri səbəbindən kino sektorundan uzaqlaşıb.

Qonşuların evini, öz avtomobilini və itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasına yerləşdirilib. O bir dəfə küçədə çılpaq gəzəndə  kameralara tuş gəlib.

Bir zamanlar gözəlliyi ilə göz qamaşdıran Amandanın həddən artıq kökəlməsi və üz cizgilərinin dəyişməsi onun sevənlərini məyus edib.

Chosen
11
1
paralel.az

2Sources