EN

Koreya prezidenti istefadan imtina etdi

Koreya Respublikasının prezidenti Yun Sok-Yöl xalqa müraciətində könüllü istefa verməkdən imtina etdiyini bildirib və ona qarşı impiçment prosedurundankeçməyə hazır olduğunu qeyd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yun Sok-Yöl həmçinin ona qarşı irəli sürülən qiyam ittihamlarını rədd edib.

“Hərbi vəziyyətin elan edilməsi ölkəni idarə etmək aktıdır və irəli sürülən qiyam ittihamları qəbuledilməzdir”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com
Chosen
17
teleqraf.com

1Sources