EN

Böyük Qayıdış proqramı uğurla həyata keçirilir- ÖZƏL

"2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə yanaşı, Prezident İlham Əliyevin həmin kursu uğurla davam etdirməsi həlledici rol oynamışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "2023-cü ildə bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın dövlət suverenliyi təmin edilmişdir. Bu əməliyyatlar, ölkənin suverenliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirilmiş və nəticədə Azərbaycanın hüquqi və beynəlxalq mövqeyi gücləndirilmişdir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramını uğurla həyata keçirir. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri aparılır, infrastruktur qurulur və sakinlərin öz yurdlarına qayıdışı təmin edilir. Bununla da, cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin milli birlik, sabitlik və davamlı inkişaf prinsiplərini uğurla gerçəkləşdirərək, azad edilmiş torpaqlarda həm iqtisadi, həm də sosial baxımdan yeni bir həyatın qurulması istiqamətində mühüm addımlar atır, bu ərazilərin gələcəkdə ölkənin inkişafına xidmət edəcək dayanıqlı bir infrastruktura çevrilməsi üçün təməl yaradılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
16
olaylar.az

1Sources