EN

AFFA bu oyuna hakim göndərməyi unutdu

AFFA U-15 Liqasında dünən keçirilməli olan EFA - “Qəbələ” oyununa hakim göndərməyi unudub. 

Oxu24.com  xəbər verir ki, bu barədə “Qəbələ” akademiyasının keçmiş üzvü Namiq Hacızadə feysbuk hesabında paylaşım edib. 

O bildirib ki, hər iki komanda meydançaya gəlsə də, hakim olmadığından qarşılaşma təxirə salınıb.  

Qeyd edək ki, “Qəbələ” klubu bu matç üçün Bakıya gəlib, komanda saat 16:30-a qədər gözləsə də,  matça referi təyin edilməyib.

Chosen
15
6
oxu24.com

7Sources