EN

Avropa Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulur

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 6-cı turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, turun qalan bütün görüşləri sonuncu oyun gününə təsadüf edəcək.

İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Plzen, Çexiya) ilə qarşılaşacaq.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Bodo Qlimt”in qonağı olacaq.

Bu gün səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq “Qarabağ”ın digər rəqiblərindən “Styaua” (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşəcək.

Xatırladaq ki, Avropa Liqasında Liqa mərhələsinin 7-ci turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur

11 dekabr

“Fənərbaxça” (Türkiyə) – “Atletik” (İspaniya) 0:2
Qollar: İnyaki Uilyams, 5; 45+1.

12 dekabr

21:45. “Roma” (İtaliya) – “Braqa” (Portuqaliya)
21:45. “Olimpiakos” (Yunanıstan) – “Tvente” (Niderland)
21:45. PAOK (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan)
21:45. “Viktoriya” (Çexiya) – “Mançester Yunayted” (İngiltərə)
21:45. “Yunion” (Belçika) – “Nitsa” (Fransa)
21:45. “Ludoqorets” (Bolqarıstan) – “Alkmaar” (Niderland)
21:45. “Malmö” (İsveç) – “Qalatasaray” (Türkiyə)
21:45. “Hoffenhaym” (Almaniya) – “Styaua” (Rumıniya)
00:00. “Portu” (Portuqaliya) – “Midtyulland” (Danimarka)
00:00. “Ayaks” (Niderland) – “Latsio” (İtaliya)
00:00. “Reyncers” (Şotlandiya) – “Tottenhem” (İngiltərə)
00:00. “Slaviya” (Çexiya) – “Anderlext” (Belçika)
00:00. “Real Sosyedad” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
00:00. “Olimpik” (Lion, Fransa) – “Ayntraxt” (Almaniya)
00:00. “Makkabi” (Təl-Əviv, İsrail) – RFS (Latviya)
00:00. “Bodo Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə)
00:00. “Elfsborq” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Chosen
2
16
arena.az

10Sources