EN

Türkiyə mətbuatı, 12 dekabr 2024

 

“Sabah”: Türkiyə Afrikadakı böhranı həll etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali ilə Efiopiya arasında yaranmış böhranı həll etmək üçün addım atıb. Paytaxt Ankarada Prezident İqamətgahında Somali prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədi qəbul edən Ərdoğan tərəflər arasında razılıq əldə olunduğunu bildirib.

“Haber Türk”: Suriyaya könüllü dönüşlər artacaq

  Prezident R.T.Ərdoğan “61 illik Baas rejiminin devrilməsi ilə Suriyada sülhə gedən yolun açıldığını, suriyalıların könüllü geri qayıtmalarını koordinasiya edəcəklərini” söyləyib.

“Yeni Şafak”: Xarici mətbuat “Ərdoğan İslam dünyasının lideridir” deyə yazdı

  Suriya Milli Qüvvələrinin əməliyyatı ilə devrilmiş qanlı Baas rejiminin süqutunda Türkiyənin roluna diqqət çəkən xarici mətbuat Türkiyə prezidenti R.T.Ərdoğanın artıq “İslam dünyasının əsil lideri” olduğunu yazıb.

“Star”: Fransa mətbuatı “Türkiyə bir daha sübut etdi ki, buna göz yummaq olmaz” deyə yazdı

  Fransa mətbuatı Suriyada Əsədin devrilməsinin Türkiyənin bölgədəki təsirini artırdığını və “Türkiyə buna göz yuma bilməyəcəyini bir daha sübut etdi” şərhini yazıb.

“Hürriyet”: Hakan Fidandan Fələstin mesajı

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan Fələstinin getdikcə daha çox ölkə tərəfindən tanınması üçün çalışdıqlarını bildirib və “Türkiyənin səyləri qlobal miqyasda təsirlidir. Biz ölkəmizə marağı artıran siyasət yürüdürük” deyib.



Chosen
8
10
trt.net.tr

10Sources