“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.
Redaktor.azxəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur.
“Həm mediadan, həm sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu hallar hamısı araşdırılır və geridönüş edilir”, - deyə Əmrullayev bildirib.