EN

Tbilisidə keçirilən etiraz aksiyalarına dövlət qulluqçuları da qoşulub

Tbilisidə dövlət sektorunun işçiləri hökumətin Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları təxirə salmasına etiraz olaraq çıxıblar. Onların arasında müəllimlər və həkimlər də var.

Bu barədə Exo of Caucasus xəbər verir.

Dekabrın 11-də axşam Rustaveli prospektində etirazçılar yolun hərəkət hissəsini zəbt edərək yolu bağlayıblar.

Bundan əvvəl dövlət sektorunda çalışanlar Respublika Meydanından Parlamentə doğru yürüş edərək aksiyaya qatılıblar. Aksiya iştirakçıları dövlət qulluqçularının kortejini alqışlarla qarşılayıblar.

Gürcüstan paytaxtının mərkəzində etiraz aksiyaları 14 gündür ardıcıl olaraq davam edir. Tbilisidə hökumət əleyhinə etirazların bu gecəsi sakit şəkildə davam edib.

Oxuməni.az

Chosen
11
oxumeni.az

1Sources