Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli İstehbaratTəşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gediblər.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Fidan və Kalın Türkiyənin rəsmi nümayəndə heyətinin müşayiəti ilə Suriya paytaxtındadırlar.