EN

Yetkinlik bəyannaməsi: Paşinyan yenidən konstitusiyanı "müdafiə etdi"

Ermənistan baş naziri Nikol Paşinyan yenidən Ermənistan konstitusiyası, daha dəqiq desək, qonşu ölkələrə qarşı ərazi iddialarının məzmunu ilə bağlı bəyanat verib. O, "X" sosial şəbəkəsindəki hesabında belə yazıb: "Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalara aiddir".

Yəni Paşinyan yenidən bəyan edib ki, Ermənistanın konstitusiya ilə bağlı heç bir problemi yoxdur. Bu da eyni zamanda sülh prosesinin bu bəndi üzrə heç bir irəliləyişin olmadığını göstərir. 2026-cı ildə keçiriləcək parlament seçkilərini nəzərə alsaq, belə bir irəliləyiş ola da bilməz.

seher.media xəbər verir ki, bu barədə "Calibler"in "YouTube" səhifəsində yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, Paşinyan və komandası parlamentdə partiyasının çoxluğunu qoruyub saxlamaq və özünün baş nazir kürsüsündə qalması üçün erməni cəmiyyətində Azərbaycana "güzəşt" kimi qəbul edilə biləcək hər hansı kəskin qərarlardan çəkinəcək.

Ətraflı süjetdə:

Yetkinlik bəyannaməsi: Paşinyan yenidən konstitusiyanı "müdafiə etdi"
Chosen
7
3
seher.media

4Sources