EN

Tramp: Zelenskinin bu qərarı axmaq qərardır...

Donald Tramp ikinci prezidentlik dövründə İrana qarşı müharibə ehtimalını istisna etməyib...

Poliqon xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “65 Minutes” jurnalına müsahibəsində ikinci prezidentlik dövründə İrana qarşı müharibə ehtimalını istisna etməyib və “hər şey ola bilər” deyib.

Eyni zamanda, Tramp İranla müharibə ehtimalını istisna etməsə də, Rusiya və Ukrayna arasında müharibələrin bitməsini istədiyini açıq şəkildə bəyan edib.

“Məncə, indi ən təhlükəli şey Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ərazisinə raket hücumlarına başlamaq qərarından sonra baş verənlərdir. Hesab edirəm ki, bu, ciddi eskalasiyadır. Məncə bu axmaq qərardır. Amma təxmin edirəm ki, insanlar heç nə baş verməmiş kimi mənim gəlişimi gözləyirlər”, deyə ABŞ-nin yeni seçilmiş prezidenti bildirib.

Poliqon.info

Chosen
44
19
poliqon.info

10Sources