EN

Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib

Rusiya Federasiyasının Həştərxan vilayətində xalqımızın Ümummilli Lideri, müasir və qalib Azərbaycanın qurucusu Heydər Əliyevin anım tədbirləri keçirilib. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Əbədi məşəl” memorialı ziyarət olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə, xüsusilə keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş Heydər Əliyev ilində fəal iştirakını qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşü olub. Nümayəndə heyəti İqor Redkini yeni keçirilmiş seçkilərdə qələbə qazanaraq şəhər meri seçilməsi münasibətilə təbrik etmiş, Həştərxan şəhəri ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə etmişdir.

Səfər çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuş nadir şəxsiyyətlərdəndir. Bu gün Azərbaycanın dinamik inkişafı və 44 günlük Vətən Müharibəsində şanlı zəfər qazanması məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.

Chosen
4
6
tehsil.biz

7Sources