Tbilisidə hökumətin Avropa İttifaqı ilə danışıqları dondurmaq qərarına qarşı etiraz aksiyaları 15-ci gündür davam edir.Bu barədə Gürcüstan mətbuatı xəbər verir.
Vətəndaşlar yenidən Rustaveli prospektində toplaşaraq narazılıqlarını ifadə ediblər.
Bugünkü aksiyada parlament binası qarşısında toplaşan nümayişçilərə incəsənət və informasiya texnologiyaları sahələrinin nümayəndələri də qoşulub.
www.anews.az