EN

Hidrokarbon resursları tükənmək üzrədir – İqtisadçıdan AÇIQLAMA

Azərbaycanın enerji sektoru, turizm və iqtisadiyyat sahəsində qarşıdakı illərdə hansı yeniliklər gözlənilir?

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, Azərbaycan turizm sektorunun böyük bir hissəsi Bakı turizminin payına düşür. Hazırda sənədlərin bağlı olması bütün turizm sektoruna təsir edir.

Biznes muhitinin yaxsilasdirilmasi ucun davamli islahatlarin aparilmasivacibdir” – Elçin Rəşidov

“Hidrokarbon resursları tükənmək üzrədir. Ölkə bu post-neft dövrünə hazır deyil. Enerji sektorunda hazırda bərpa olunan enerji növlərinə investisiyalar qoyulur. Amma onlar çox səmərəsizdir. İqtisadi itkilərlə müşahidə olunur. Bu da ölkənin iqtisadiyyatını, insanların gəlir və rifahını geri salan başqa bir faktordur”.

Onun sözlərinə görə, turizm sektorunda ölkədə son zamanlar aqroturizm yaranıb. Aqroturizmə əsas tələbatı yaradan Bakı əhalisidir. Bakı əsas turizm məkanlarından uzaqda yerləşir.

“Ölkə hazırda Neft Fondundan asılı vəziyyətdə qalıb. Mərkəzi Bankın yanlış valyuta rejimi ölkədə yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini öldürən əsas amildir.

“Hazırda Neft Fondunun əriməsi dövründəyik. Bu da dayanıqsız vəziyyət yaradır. Həm ölkə büdcəsini dayanıqsız hala salır, həm də ölkədəki məhsulların rəqabət qabiliyyətini uzun illərdir aşağı salmaqda davam edir. Ölkədə hazırda özəl sektorun rəqabət qabiliyyətini artıracaq islahatlar həyata keçirilməyib”.

Qeyd edək ki, Bakı turizmi sürətli inkişaf etmir.

Fatimə Məmmədova

İNFOAZ.WS

Chosen
12
infoaz.ws

1Sources